Qadınlar arasında UEFA Çempionlar Liqası başa çatıb. İsveçdə “Qamla Ullevi” stadionunda keçirilən final qarşılaşmasında “Barselona” futbolçuları oyunun taleyini ilk hissədəcə həll ediblər.  Artıq 1-ci dəqiqədə “Çelsi”nin futbolçusu Melani Loypolsi avtoqolla yadda qalıb. 14-cü dəqiqədə hakim “Çelsi”nin qapısına penalti təyin edib. topa yaxınlaşan Aleksiy Patelsiy əlinə düşən fürsəti boşa verməyib.  21-ci dəqiqədə Aitana Bonmanti üstünlüyü 3 topa çatdırıb.  36-cı dəqiqədə fərqlənən Karoline Hansen isə hesabı daha da artırıb. Matçın ikinci hissəsində isə qapılara qol vurulmayıb. “Çelsi” – “Barselona” 0-4

Tarixində ilk dəfə qadınlar arasında Çempionlar Liqasının qalibi olan Katoloniya klubu eyni zamanda, qadınlar və kişilər arasında Çempionlar Liqasının qalibi olan yeganə klub kimi də tarixə düşüb.